Ölkənin yarım illik neft-qaz hesabatı - AÇIQLANDI

13.07.2018 İqtisadiyyat
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 19 milyon 341,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 14 milyard 497,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmin 8 milyard 883,6 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

"Kommersant" Dövlət Statistika Komitəsinin yaydığı hesabat materiallarına istinadən xəbər verir ki, yarım ildə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,3 faiz azalıb.

Ölkədə neft istehsalı 0,9 faiz artıb, qaz hasilatı isə 4,9 faiz azalıb.