USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED faiz artırmağı dayandıracaqmı?

12.06.2023 İqtisadiyyat
21 11
Bazarlarda diqqət ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftəki toplantısının qərarlarına yönəldilsə də, Bankın 15 aydan sonra ilk dəfə siyasət faizini sabit saxlaması gözlənilir. ING Amerika Regional Araşdırma Başçısı Padhraic Garvey, Moody's Analytics baş iqtisadçısı Mark Zandi və Oxford Economics ABŞ baş iqtisadçısı Rayan Sweet qiymətləndirib.

Kommersant.az xəbər verir ki, FED rəsmilərinin son açıqlamaları və bazardakı qiymətlər göstərir ki, bank siyasət faizini 5-5,25 faiz aralığında sabit saxlaya bilər.

Əksər analitiklər sərtləşdirmənin təsirlərini qiymətləndirmək üçün bu həftə keçiriləcək iclasda Bankın faiz dərəcəsini dəyişməz saxlamasının gözlənildiyini, lakin inflyasiya və əmək bazarı ilə bağlı proqnozların qeyri-müəyyən qalması səbəbindən gələcək faiz artımları üçün qapıları açıq qoyacağını bildirir.

"Fed rəsmiləri deyir ki, fasilə faiz artımının sonu demək deyil"

Moody's Analytics Baş İqtisadçısı Mark Zandi AA müxbirinə verdiyi açıqlamada, FED rəsmilərinin "Mart ayında baş verən bank böhranının iqtisadi təsirlərini qiymətləndirmək istədikləri üçün faiz artımını dayandırmaq niyyətində olduqlarını" açıq şəkildə ifadə edib.