USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO təlimləri başlayır

12.06.2023 İqtisadiyyat
47 9
NATO-nun “Hava Müdafiəçisi 2023” təlimində Türkiyə də daxil olmaqla 25 ölkədən 250 döyüş təyyarəsi və təxminən 10 min personal iştirak edir.

Kommersant.az xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi və "NATO tarixinin ən böyük hava təlimi" olaraq xarakterizə edilən "Hava Müdafiəçisi 2023"ün başladığı bildirildi.

Alman Xəbər Agentliyinin xəbərinə görə, təlim Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "A400M" tipli nəqliyyat təyyarəsinin Aşağı Saksoniyadakı Wunstorf Hava Bazasından havaya qalxması ilə başlayıb.

Daha sonra Almaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 qırıcı təyyarəsi Şlezviq-Hosteyn əyalətindəki Fligerhorst Hohn aviabazasından havaya qalxıb.

Təlimin ilk saatlarında mülki uçuşlara təsir edilməyib.

Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant İnqo Gerhartz ARD ictimai yayımı ilə əlaqəli RBB radiosuna bildirib ki, təlim ilk növbədə NATO-nun müdafiə qabiliyyətini sübut etməkdən ibarətdir.

Rusiyaya qarşı təxribatların qarşısının alınacağına və təlimin gərginliyi artırmaması üçün hər şeyi edəcəklərinə işarə edən Gerhartz, Rusiyaya aid olan, lakin bununla heç bir quru əlaqəsi olmayan Kalininqrada uçuş olmadığı məlumatını paylaşdı.

Berlin-Bradnenburq Hava Limanı səlahiyyətliləri tərəfindən edilən şərhdə, indiyə qədər hava nəqliyyatı üçün normal bir gün olduğu və təlimin sərnişinlərə əhəmiyyətli bir təsir göstərmədiyi, ancaq nə qədər gecikmənin hələ bilinmədiyi bildirildi.