USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

May ayında ABŞ büdcəsi 240 milyard dollar kəsirlə üzləşib

13.06.2023 İqtisadiyyat
10 17
May ayında ABŞ federal hökumətinin büdcə kəsiri gözləntilərin üstündən 240 milyard dollara çatıb.

Kommersant.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi may ayı üçün büdcə balansı hesabatını açıqlayıb. Hesabata görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin 8-ci ayında federal hökumətin büdcə açığı 240 milyard dollar olaraq hesablandı.

Federal hökumətin keçən ilin eyni ayında 66 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 263 faiz artıb. Bu dövrdə büdcə tarazlığı ilə bağlı bazar gözləntisi büdcənin 236 milyard dollar kəsir verəcəyi idi.

Hökumətin gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 21 faiz azalaraq 307 milyard dollara, xərcləri isə 20 faiz artaraq 548 milyard dollara düşüb.

2023-cü maliyyə ilinin 8-ci ayı olan may ayı etibarilə ölkənin cəmi büdcə kəsiri bir əvvəlki ilin eyni dövrünə görə təxminən yüzdə 173 artaraq 1 trilyon 165 milyard dollara çatıb. Sözügedən kəsir ötən ilin eyni dövründə 426 milyard dollar səviyyəsində olub.

Maliyyə ilinin ilk 8 ayında xərclər əvvəlki ilin eyni dövrünə görə yüzdə 9 artaraq 4 trilyon 159 milyard dollara, gəlirlər isə yüzdə 11 azalaraq 2 trilyon 994 milyard dollara çatıb.

  • Əvvəlki

    ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını genişləndirməyi təklif edib

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Bitcoin 60 min dollardan aşağı düşüb
0 0
01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0