USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya islahatlarının aparılmasına ehtiyac var - İqtisadçı

03.07.2023 İqtisadiyyat
8 16
"Pensiya islahatlarının aparılmasına böyük ehtiyac var və bu sahədə beynəlxalq təcrübənin tətbiq edilməsi daha müsbət addım olar".

Kommersant.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli qadınların pensiya yaşının artırılması haqqında danışarkən deyib.

Eyyub Kərimli bildirib ki, pensiya yaşının qadınlar üçün 59, kişilər üçün 62 olması daha yaxşı olar:

"Hazırda bizdə orta yaş həddi 71-dir. Ümumiyyətlə nəzərdə tutulub ki, insanlar 12 il pensiya almalıdır".

İqtisadçı qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən gələcəkdə 60 yaşa bərabərləşdirilməsi üçün qadınların pensiya yaşı hər altı aydan bir artır:

“Hazırda pensiya yaşı 63 yarım təyin edilib, gələcəkdə bu yaş 64 nəzərdə tutulub. Əlbəttə bu işləyən qadınlar üçün yaxşıdır. Çünki onlar fəaliyyətini davam etdirə biləcək. Lakin işləməyən qadınlar üçün pensiya problemləri yaşanacaq və bu insanlar müəyyən çətinliklərlə üzləşəcək. Bu baxımdan düşünürəm ki, əgər qadınların pensiya kapitalı və stajı varsa, 63.5 yaşdan sonra yaşa görə müavinət ala bilərlər".

"İşləməyən, tənha yaşayan qadınlar üçün bu pensiya yaşının qaldırılması hansı çətinliklər yarada bilər” sualına cavab olaraq iqtisadçı bildirib ki, dövlətin sosial həssas insanlar üçün xüsusi layihələri var:

"Bu insanlar DOST Mərkəzlərinə müraciət edərək, müəyyən sosial işlərlə təmin olunub və məvacib ala bilərlər. Bu baxımdan həmin insanlar digər sosial paketlərdən və ya sosial layihələrdən yaralana bilərlər”.

  • Əvvəlki

    Azərbaycan Mərkəzi Bankı ötən il büdcəyə vəsait köçürməyib

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0