USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ay Türkiyədə ən çox çayın qiyməti artıb

05.07.2023 İqtisadiyyat
23 8
Türkiyədə istehlak qiymətləri əsasında iyun ayında ən çox bahalaşan məhsul 14,93 faizlə çay və digər dəmlənmiş içkilər, ən çox azalma isə 6,14 faiz ilə yumurta və yumurta ilə bağlı məhsullar olub.

Kommersant.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, çay və digər dəmlənmiş içkilərin qiymətlərindəki artımı 12,37 faiz ilə otel, pansiyon və digər məhsullarda, 12,29 faizlə siqaretdə, 11,74 faiz ilə təzə meyvələrdə artım izlədi.

İyun ayında ən yüksək qiymət artımı qeydə alınan digər məhsullar arasında hava nəqliyyatı ilə sərnişindaşıma 11,73 faiz, yanacaq və fərdi nəqliyyat vasitələrinin yağları (neft) yüzdə 11,32, avtomobillər (benzin) yüzdə 10,49 və yüzdə 7,7 məlumat emalı avadanlığı, zərgərlik məmulatlarıdır.