USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rus turistlər niyə daha çox Azərbaycanı seçir? - ŞƏRH

06.07.2023 İqtisadiyyat
22 6
“Hər bir ölkə çalışır ki, ölkəsinə daha çox turist gəlsin. Bu ölkədə iqtisadi aktivliyin genişlənməsi üçün olduqca vacib olan əsas şərtlərdən biridir. Ölkəyə xarici valyuta gəlir, ticarət genişlənir, xidmət sferası dövriyyəsini artırır və s”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov bu il Azərbaycana gələn turistlər içində daha çox rus vətəndaşlarının sayının çox olması haqqında danışarkən deyib.

İqtisadçı qeyd edib ki, rusların Azərbaycana gəlişininin otellərin, təyyarə biletlərinin qiymətinin, ümumiyyətlə qiymət amilinin aşağı olması ilə əlaqədardı, xeyr, bu belə deyil:

“Çünki Azərbaycanda turizm sektorunda qiymətlər o qədər də əlverişli deyil.”

Pərviz Heydərov bildirib ki, bu gün rusların Azərbaycanı turizm üçün seçməsinin bir neçə səbəbi var:

“Birincisi, bu Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə Rusiyadakı vəziyyətlə bağlıdır. Bildiyimiz kimi Ukrayna müharibəyə qədər turizm üçün ən əlverişli sayılan ölkələrdən biri idi. İndi ora getmək mümkün deyil.

İkincisi, turizm bölgələrindən bir olan Türkiyə turizminin əvvəl pandemiyanın, daha sonra zəlzələnin vurduğu ziyan, iqtisadiyyatında olan infilyasiya Türkiyəyəy ora xarici turist axınını zəiflətdi.

Ancaq Azərbaycanda yuxarıda qeyd etdiyim səbəblər fonunda vəziyyət qənaətbəxşdir.

Əvvəla hərbi-siyasi, iqtisadi baxımdan sabitlikdir, maliyyə dayanıqlığı var və turizm sektorunda müvafiq infrastruktur mövcuddur. Buna görə də indi turizm mövsümündə turistlərin ölkəyə gəlməsi yaxşı haldır. Çünki bu ölkə iqtisadiyyatı üçün əlavə gəlir mənbəyidir”.