USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada investorların inamı azalmaqda davam edir

11.07.2023 İqtisadiyyat
28 16
Faiz dərəcələrinin artmağa davam edəcəyinə dair gözləntilərin artması ilə əlaqədar olaraq, Almaniyada investor inamı iyul ayında 2022-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.

Mərkəzi ofisi Almaniyanın Mannheim şəhərində yerləşən Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) institusional investorların və analitiklərin gələcək 6 ay üçün gözləntilərini ölçən ZEW İqtisadi Güvən İndeksinin iyul ayı nəticələrini açıqlayıb.

Buna görə indeks iyul ayında bir əvvəlki ayla müqayisədə 6,2 bal azalıb. İyun ayında 8,5 bənd olan indeks bu ay mənfi 14,7 punkta düşüb. Bazarın gözləntiləri aprel ayında indeksin mənfi 10,5 bəndədək enməsi idi. Beləliklə, indeks 2022-ci ilin dekabrından bəri ən aşağı dəyərinə çatıb.

Almaniyada Mövcud Vəziyyət İndeksi isə iyul ayında əvvəlki ayla müqayisədə 3 bal azalaraq mənfi 59,5 bənd olub.

Mütəxəssislərin Almaniyanın Çin kimi əhəmiyyətli ixrac bazarlarını "zəif" olaraq qiymətləndirdiyini qeyd edən Wambach, "İqtisadi fəaliyyətlərdə gözlənilən durğunluğun xüsusilə sənaye sektorlarına təsir göstərməsi ehtimalı var. İxrac yönümlü sektorların qazanc gözləntiləri yenidən əhəmiyyətli dərəcədə azala bilər" qiymətləndirməsini etdi.

  • Əvvəlki

    Bayden: Mən hələ də prezident Putinə təşəkkür edirəm

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0