USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Taksi sahəsində islahatların aparılması zamanın tələbidir” - Yasin Mustafa

11.07.2023 Digər
29 11
“Taksi fəaliyyətində hazırda baş verən xaos, qeyri-müəyyənlik və bunun nəticəsində baş verən hadisələrə biz müəyyən şəkildə analiz edib cavab verə bilmirik. Çünki burada baş verən bu qeyri-iradi irəliləmə heç bir qanunauyğunluğa əsaslanmır”.

Kommersant.az xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa taksidən istifadə edən zaman sərnişinlərə bir qiymət təqdim edilməsi, sürücülərin proqramında isə başqa qiymət olmasının səbəbləri haqqında danışarkən deyib.

Ekspert qeyd edir ki, fərqli taksi şirkətləri fərqli tariflərlə onlara onlayn müraciət etdikdə marşrutu qiymtələndirirlər. Yəni proqram tərəfindən qiymətləndirilərək müştəriyə qiymət təklif edilir:

“Bu zaman hansı əmsallardan istifadə olunur, bu əmsalları onlara kim verir və s bütün bunlar sual doğurur. Ona görə də müştəri də bəzən onu qane edən, bəzən qane etməyən qiymətlərlə rastlaşır və haqlı olaraq da öz iradını bildirir”.

Yasin Mustafa bildirib ki, bu sahədə islahatlara ehtiyac var:

“Ümumiyyətlə taksi fəaliyyətində müəyyən islahatların aparılcağı gözlənilir. Bu yaxınlarda rəqəmsal inkişaf və nəqliyyat naziri ilə taksi fəaliyyəti məşğul olan şirkətlərin rəhbərləri ilə görüş keçirildi. Yəni konret qanunlar qəbul edilnmədikcə biz belə hallarla çox rastlaşacağıq. Ona görə də bu qanun layihələrin, bu islahatların aparılması zamanın tələbidir”.