USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə aqrar kadr çatışmazlığı - Səbəb nədir?

11.07.2023 İqtisadiyyat
37 11
“Hazırda ölkədə kifayət qədər kənd təsərrüfatı mütəxəssisi var. Lakin bu mütəxəssislərin fəaliyyətindən kifayət qədər ya istifadə etmək istənilmir, ya da istifadə edilə bilmir”.

Bu sözləri Kommersant.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “ölkədə aqrar sahədə niyə kadr boşluğu var” sualını cavablandırarkən deyib.

İqtisadçı düşünür ki, hökumətin bu istiqamətdə istəyi yoxdur, bunun da müxtəlif səsəblər var:

“Məsələn, uzun illər kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inhisardan kənar olan nadir sahələrindən bir idi. Lakin daha sonrakı illərdə kənd təsərrüfatına ögey münasibət bəsləndiyinə görə inkişafdan geri qaldı. Artıq 2015-c ildən başlayaraq hökumət kənd təsərrüfatının da inhisarlaşması istiqamətində müəyyən addımlar atıb. Məsələn, aqroparklar yaradılıb, məmurların kənd təsərrüfatına aid istehsal yaradılması stimullaşdırlılıb”.

Akif Nəsirli bildirib ki, bu sahəyə ögey münasibət bəslənilir:

“Təkcə mütəxəssis yetişdirlməsi, potensial mütəxəssislərdən istifadə edilməsi deyil, hətta ölkə daxilində seleksiya, toxumçuluq sahələri üzrə işlər görülmür, kənd təsərrüfatının inkişafı üçün real addımlar atılmır”.

İqtisadçı deyir ki, bütün addımları analiz etsək, görərik ki, hamısı görüntü xarakter daşıyır:

“Məsələn, fermerlərə subsidiyalar verilir. Lakin subsidiyaların yalnız 25 faizini fermerlər nağdlaşdıra bilir. Qalna 75 faizi ilə isə fermerlər Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən vəsait almalıdır, gübrə, toxum və s. Digər məsələlərdə də eyni qaydada görüntü yaradılır”.

Akif Nəsirlinin sözlərinə görə, əsas problemlərdən biri də kənd təsərrüfatı naziri və rəhbər şəxslərin bu sahənin mütəxəssisi olmamasıdır:

“Bu sahənin mütəxəssisi olmayan şəxs bu sahəni necə inkişaf etdirə bilər?

Ona görə də bu istiqamətdə real adıdımlar atılmalı, kənd təsərrfatı inkişaf etdirilməlidir. Çünki bu sahənin geri qalması səbəbindən hər il 2.5 -3 milyard dollar vəsait itiririk. Hər il kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı mənşəli ərzaq idxalına 2.5-3 milyard dollar vəsait xərclənir. Əgər biz bu sahəni inkişaf etdirsək həmin vəsait ölkə daxilində qalar”.

  • Əvvəlki

    “Taksi sahəsində islahatların aparılması zamanın tələbidir” - Yasin Mustafa

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0