USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana avtomobil idxalı 40%-ə yaxın artıb

14.07.2023 İqtisadiyyat
1 0
2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48373 ədəd avtomobil idxal olunub.

Kommersant.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.5% və ya 13200 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 dəfə və ya 971 ədəd avtomobil artaraq 1124 ədəd təşkil edib.

  • Əvvəlki

    Kritik iddia Ripple xeyrinə yekunlaşdı

Digər xəbərlər