USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrailin müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb

14.07.2023 Siyasət
1 0
İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfəri başa çatıb.

Kommersant.az-ın məlumatına görə, nazir bu barədə tviterdə yazıb.

Y.Qallant qeyd edib ki, səfər çərçivəsində Azərbaycanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib:

“Biz bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələrimizi və möhkəm dostluğumuzu daha da dərinləşdirmək istiqamətində razılıq əldə etdik. Müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.

Qeyd edək ki, iyulun 13-ü Bakıya gələn Qallant Prezident İlham Əliyev tərəfindən qəbul edilib. O, eyni zamanda Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib, müzakirələr aparılıb.