USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF-nin gəlirləri 16 faiz - ARTIB

27.07.2023 İqtisadiyyat
25 18
Bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin icrası vaxtında təmin edilib.

Kommersant.az xəbər verir ki, bunu DSMF-nin sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Belə ki, bu ilin yanvar-iyun aylarında Fondun gəlirləri 3 milyard 270,7 milyon manat olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 % çoxdur.

O bildirib ki, hesabat dövründə Fondun xərcləri 3 milyard 009,4 milyon manat olub: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 % artıb".