USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın inflyasiya proqnozu artırıldı

01.08.2023 İqtisadiyyat
6 58
2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiyanın 10,4 % civarında olacağı proqnozlaşdırılıb.

Kommersant.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

"2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur"- sənəddə qeyd edilib.