USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah 38 dərəcə isti olacaq

01.08.2023 Digər
7 27
Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq

Bu barədə Kommersant.az-a Milli Hidrometreologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.