Yaxta yarışı səbəbiylə Boğaziçi gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Türkiyənin Dəniz Yarışları İdman Klubunun (TAYK) koordinasiyası ilə təşkil edilən yaxta yarışları ilə əlaqədar Boğazda gəmi hərəkətinin iki istiqamətdə dayandırıldığı bildirilib.
Sahil Təhlükəsizliyi Baş İdarəsindən verilən açıqlamada, “TAYK Trophy Yaxta Yarışları” ilə əlaqədar saat 09:00-dan etibarən Boğaziçidə gəmilərin hərəkətinin hər iki istiqamətdə dayandırıldığı söylənilib.
Açıqlamada qeyd olunub ki, yerli dəniz nəqliyyatı haqqında məlumat verilib.