USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Türkiyədən polad məhsulları idxalını azaldıb

06.09.2023 İqtisadiyyat
0 0
2023-cü ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq, 78,9 milyon dollar olub.

Kommersant..az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Bildirilib ki, avqust ayında Türkiyədən Azərbaycana polad məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,4 faiz azalaraq, 8,9 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz azalaraq, 9,7 milyard dollar təşkil edib.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 15,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

  • Əvvəlki

    Neftimiz 1.9 faiz bahalaşdı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0