USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BP-nin baş icraçı direktoru Bernard Luni istefa verdiyini açıqlayıb

13.09.2023 İqtisadiyyat
0 0
Britaniyanın enerji şirkəti British Petroleum-un (BP) baş icraçı direktoru (CEO) Bernard Luni istefa vermək qərarına gəldiyini açıqlayıb.

Şirkətdən verilən açıqlamaya görə, Looney həmkarları ilə şəxsi münasibətləri ilə bağlı iddialardan sonra istefa verdiyini açıqlayıb.

Ötən il də analoji iddialarla bağlı araşdırmalara başlanılıb və qərara alınıb ki, şirkətin davranış qaydalarının pozulması yoxdur.

BP-nin bəyanatında deyilir: "Şirkətin güclü dəyərləri var və idarə heyəti şirkətdəki hər kəsdən bu dəyərlərə uyğun hərəkət etmələrini gözləyir. Xüsusilə, bütün liderlərdən nümunə kimi çıxış etmələri və qazanc əldə edəcək şəkildə sağlam düşüncədən istifadə etmələri gözlənilir”, - deyə bəyanatlar daxil edilib.

Bundan əlavə, açıqlamada araşdırmanın davam etdiyi və şirkətin Baş Maliyyə Direktoru (CFO) Murray Auchincloss-un müvəqqəti olaraq CEO vəzifəsinə keçəcəyi qeyd edilib.

  • Əvvəlki

    BVF: Qlobal borc hələ də yüksəkdir

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0