USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin Xalq Bankı məcburi ehtiyat dərəcələrini azaldıb

14.09.2023 İqtisadiyyat
0 0
Çin Xalq Bankı (PBoC) bankların və kredit təşkilatlarının məcburi ehtiyat normalarını azaldıb.

Çin Mərkəzi Bankından verilən açıqlamada, məcburi ehtiyat nisbətinin 15 sentyabr tarixindən etibarən 25 baza bəndi azaldılacağı bildirilib. Bəyanatda qeyd olunub ki, qərar “iqtisadi canlanmanın əsaslarını gücləndirmək və bazarı kifayət qədər nağd pulla təmin etmək məqsədi daşıyır”.

Qərardan sonra maliyyə qurumlarına tətbiq edilən məcburi ehtiyat normalarının orta çəkili 7,4 faizə enməsi nəzərdə tutulur. Bazara daha çox likvidlik təmin etmək və kredit bazarını asanlaşdırmaq məqsədi daşıyan qərarın təqribən 500 milyard yuan (təxminən 68,7 milyard dollar) pul vəsaitinin sərbəst buraxılacağı təxmin edilir. Çin Mərkəzi Bankı sonuncu dəfə martın 17-də məcburi ehtiyat dərəcələrini 25 baza bəndi azaldıb. Bank sentyabrın 1-də açıqlayıb ki, bankların və maliyyə qurumlarının ehtiyat kimi saxlamalı olduqları valyuta depoziti məzənnəsi sentyabrın 15-dən etibarən 6 faizdən 4 faizə endiriləcək.

  • Əvvəlki

    Yelo Bank-da məktəblilər üçün maarifləndirici tədbir baş tutdu

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0