USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avqust ayında Çin iqtisadiyyatı bərpa əlamətləri göstərib - ib

15.09.2023 İqtisadiyyat
0 0
Çində iyul ayı göstəriciləri ölkə iqtisadiyyatının istehsal, istehlak, investisiyalar və məşğulluq da daxil olmaqla bir çox sahədə Covid-19-dan sonra bərpa etməkdə çətinlik çəkməyə davam etdiyini ortaya qoyur.

Milli Statistika Bürosu (UIB) ölkədə avqust ayı və 8 ayı əhatə edən sənaye istehsalı, pərakəndə satış və əsas kapitala investisiyalardan ibarət məlumat toplusunu açıqlayıb. Müvafiq olaraq, illik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,79 milyon dollar) çox olan sənaye müəssisələrinin istehsal məhsullarını hesablayan sənaye istehsalı avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 4,4 faiz artımı üstələyib.

Pərakəndə satışda yüksək performans

İstehlak ölçüsü hesab edilən pərakəndə satışlar avqust ayında illik 4,6 faiz artaraq iyul ayındaki 3,7 faiz artımı üstələyib. İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərclərini əhatə edən əsas kapitala investisiyalar avqust ayı üzrə 8 ayda illik 3,2 faiz artsa da, 7 ayın sonundakı 3,4 faiz artımın altında qaldı. Borc problemlərinin getdikcə daha da dərinləşdiyi daşınmaz əmlak sektorunda investisiyaların azalması davam edərkən, bütün əsas kapital qoyuluşlarını da aşağı çəkir. Daşınmaz əmlak investisiyaları avqust ayında 8 aylıq dövrdə yüzdə 8,8 azalarkən, 7 ayda yüzdə 8,5 olan azalma ilə müqayisədə enişini davam etdirdi. Avqust ayı etibarilə özəl sektor investisiyaları 8 ayda keçən ilə görə yüzdə 0,7 azalaraq, 7 ayda yüzdə 0,5-dən çox azalıb. Hökumətin daşınmaz əmlak sektorunda və özəl sektorda artımı təşviq edən siyasətinin hələ də nəticə vermədiyi müşahidə olunub.

  • Əvvəlki

    Naxçıvanda bu taksilər - QADAĞAN EDİLDİ

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0