USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

POS-terminalların sayı kəskin azalıb

27.09.2023 İqtisadiyyat
0 0
2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2% və ya 1861 ədəd azalıb.

Qeyd edək ki, ölkə üzrə mövcud POS-terminalların 55 263 ədədi və ya 68%-i Bakıda, 25 956 ədədi və ya 32%-i isə regionlarda yerləşir.

Cari iln sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6% azalma deməkdir.

  • Əvvəlki

    Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək

Digər xəbərlər