USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft kritik müqaviməti qırdı

28.09.2023 İqtisadiyyat
0 0
ABŞ-da dünən açıqlanan xam neft ehtiyatlarının 2 milyon 169 milyon barrel azalmasının təsiri ilə Brent Oil 96,71 dollara yüksəldi. Beləliklə, neft müqavimət olaraq görülən 96.70 səviyyəsini qırıb.

Sıx qlobal tədarüklər fonunda neft yüksəlir.

Cümə axşamı ilk Asiya sessiyasında neft qiymətləri artıb, çünki ABŞ-ın xam neft ehtiyatlarının kəskin azalması qlobal tədarük böhranı ilə bağlı narahatlıqları artırıb.

Brent markalı neftin fyuçersləri bir barel üçün 96,71 dollara yüksəlib.

Dünən 3,6% bahalaşan ABŞ-ın yüngül xam nefti bu gün 1% artaraq 2022-ci ilin avqustundan bəri ilk dəfə bir barel üçün 95 dollara çatıb.