USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku”nun mənfəəti 21 faiz azalıb - HESABAT

16.10.2023 Problemli Banklar
0 0
“Bank of Baku” (qısaca - BOB) 2023-cü ilin 3-cü rübündə xalis mənfəətini 6 milyon 457 min manat və ya 21 faiz azaldaraq 24 milyon 317 min manata düşüb.

Kommersant.az xəbər verir ki, “Bank of Baku”nun (qısaca - BOB) aktivlər cəmi 115 milyon 298 min manat artaraq 816 milyon 529 min manata yüksəlib. Bu artımda 56.8 faizi müştərilərə verilən kreditlərin payına düşüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 65 milyon 551 min manat artaraq 643 milyon 85 min manata çatıb. Bu artımda istehlak kreditləri 54 milyon 283 min manat artaraq 452 milyon 386 min manata, biznes kreditləri 3 milyon 85 min manat artaraq 157 milyon 760 min manata, daşınmaz əmlak kreditləri isə 8 milyon 213 min manat artaraq 32 milyon 938 min manata yüksəlib. BOB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 70 min manat azaldaraq 62 milyon 928 min manata endirib. Nəticədə bankın xalis kreditləri 580 milyon 157 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 65 milyon 622 min manat çoxdur.

ŞIRKƏTLƏR “BANK OF BAKU”YA ÜZ ÇEVİRDİ

“Bank of Baku”nun (qısaca - BOB) öhdəliklər cəmi ötən ilin sonu ilə müqayisədə 100 milyon 340 min manat və ya 17.34 faiz artaraq 678 milyon 710 min manata çatıb. Bu artımın 85.95 faizi depozit portfelinin payına düşüb.

BOB-un fiziki şəxslərdən topladığı əmanətlər 93 milyon 466 min manat artaraq 423 milyon 485 min manata yüksəlib. Buna baxmayaraq şirkətlər bankdakı əmanətlərini 7 milyon 218 min manat və ya 20.32 faiz azalaraq 28 milyon 295 min manaata enib.

“Bank of Baku”nun cəmi kapitalı 137 milyon 818 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 14 milyon 958 min manat və ya 12.17 faiz çoxdur. Səhmdar kapitalını dəyişdirməyən BOB bölüşdürülməmiş mənfəəti 14 milyon 524 min manat artaraq 75 milyon 734 min manata yüksəlib. Bank ümumi ehtiyatlarını isə 434 min manat artıraraq 9 milyon 214 min manata çatıb.

Qeyd edək ki, BOB-un məcmu kapitalı ötən ilin yekunu ilə müqayisədə 11 milyon 804 min manat və ya 9.25 faiz artaraq 139 milyon 410 min manata bərabərləşib.

Bank of Baku

2023 (III Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

816,529

701.231

115,298

Kredit

643,085

577.534

65,551

İstehlak kreditləri

452,386

398.103

54,283

Biznes kreditləri

157,760

154.675

3,085

Daşınmaz əmlak kreditləri

32,938

24.725

8,213

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

62,928

62.998

-70

Xalis Kreditlər

580,157

514.535

65,622

Cəmi Öhdəliklər

678,710

578.370

100,340

Depozit

451,780

365.532

86,248

Fiziki şəxslərin depozitləri

423,485

330.019

93,466

Hüquqi şəxslərin depozitləri

28,295

35.513

-7,218

Cəmi Kapital

137,818

122.860

14,958

Səhmdar kapitalı

52,870

52.870

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

75,734

61.210

14,524

Ümumi ehtiyatlar

9,214

8.780

434

Məcmu Kapital

139,410

127.606

11,804

BOB-un faiz gəliri 22 milyon 794 min manat artaraq 94 milyon 116 min manata, faiz xərcləri isə 13 milyon 922 min manat artaraq 29 milyon 339 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 64 milyon 776 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 871 min manat çoxdur.

Qeyri-faiz gəliri 875 min manat artaraq 9 milyon 617 min manata, qeyri-faiz xərcləri isə 11 milyon 913 min manat artaraq 50 milyon 225 min manata bərabərləşib. Nəticədə bank 24 milyon 168 min manat əməliyyat mənfəəti əldə edib. Amma bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatına 9 milyon 383 min manat ayırdığına görə əməliyyat mənfəəti 14 milyon 785 min manata düşüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 334 min manat çoxdur.

“BANK OF BAKU”NUN GƏLİRLİYİ AZALIB

Bankın aktivlərinin gəlirliyi (ROA) ötən ilin eyni rübü ilə müqayisədə 1.42 faiz azalaraq 2.97 faizə, kapitalının gəlirliyi isə (ROE) 7.4 faiz azalaraq 17.64 faizə enib.

Bank of Baku

2023 (III Rüb)

2022 (III Rüb)

Fərq

Faiz Gəliri

94,116

71,322

22,794

Faiz Xərci

29,339

15,417

13,922

Xalis Faiz Gəliri

64,776

55,905

8,871

Qeyri-Faiz Gəliri

9,617

8,742

875

Qeyri-Faiz Xərci

50,225

38,312

11,913

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

9.383

11,884

-2,501

Əməliyyat Mənfəəti

14,785

14,451

334

Xalis Mənfəət (Zərər)

24,317

30,774

-6,457

ROA

2.97%

4.39%

-1.42%

ROE

17,64%

25,04%

-7.4%

  • Əvvəlki

    Ərdoğan: Qlobal aclıq böhranı təhlükəsinin qarşısını aldıq

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0