USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində gəlirlərin məbləği açıqlanıb

06.11.2023 İqtisadiyyat
0 0
Bu gün müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir.

Kommersant.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O qeyd edib ki, təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə 121,5 milyon manat gəlir, 79,5 milyon manat itki, ümumilikdə isə 42 milyon manat büdcə daxilolmaları gözlənilir.

O.Nəzərli vurğulayıb ki, son dövrlər Vegi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi, geniş dəyişikliklər edilib.

“Bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub.
Əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı şəffaf münasibətlərin qurulması kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərinin leqallaşdırılması konteksində atılan addımların da böyük rolu olub”, - deyə o əlavə edib.

  • Əvvəlki

    Müflis banklara dair yeni tələb müəyyənləşir

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0