USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya benzin ixracına qadağa qoyub

20.11.2023 İqtisadiyyat
0 0
Rusiya hökuməti benzin ixracına qoyulan qadağanı ləğv edib. ​

Rusiya Energetika Nazirliyindən verilən açıqlamada xatırladılıb ki, daxili bazarda qiymətlərin artması ilə əlaqədar sentyabrın 21-də benzin ixracına qadağalar qoyulub.

Açıqlamada bildirilib ki, tətbiq edilən qadağalar sayəsində daxili bazarda artıq təklif yaranıb və bu səbəbdən benzin ixracına qoyulan qadağaların bu gündən etibarən aradan qaldırılmasına qərar verilib.

Daxili bazarda benzin istehsalı və qiymət göstəricilərinə ciddi nəzarət ediləcəyi və lazım gələrsə, benzinin ixracına qoyulan qadağanın bərpa oluna biləcəyi vurğulanıb.

Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoyub.