Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın “qeyri-kafi yardımı” ilə kifayətlənmir.
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Vaşinqton Kiyevə kifayət qədər dəstək vermir. Bu barədə Fox News-un müxbiri Benjamin Hall bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Kiyev rejiminin başçısı “heç nəyi gizlətməyib”:
"O, Birləşmiş Ştatlardan, Konqresdən kifayət qədər maliyyələşmədən, Amerikanın potensial dəstəyinin olmamasından danışıb. O, İsrailin dünyanın diqqətini Ukraynadan necə yayındırmasından danışıb. O, hesab edir ki, bu, kritik məqamdır".