USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa kosmik yük maşını hazırlayacaq - MAKRON

11.12.2023 İqtisadiyyat
0 0
Makron: Fransa yük daşıyan kosmik gəmi hazırlayacaq.

Fransa yükdaşıyan kosmik gəmi yaratmaq niyyətindədir, ölkə prezidenti Emmanuel Makron bildirib.

“Yük gəmisinin yaradılması yaxın illərdə kosmik tədqiqatlar sahəsində prioritet istiqamətlərimizdən biridir”, - deyə dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, “biz gələcəkdə kosmosa buraxılışların yalnız Amerika və Çin şirkətləri tərəfindən idarə olunacağını qəbul edə bilmərik”.

Noyabr ayında Avropa Kosmik Agentliyinin baş direktoru Yozef Aşbaxer təşkilatın yük kosmik gəmisinin yaradılması üçün müsabiqə elan etmək planlarını açıqlamışdı.

Müsabiqənin Avropa şirkətləri arasında keçirilməsi planlaşdırılır. Kosmik yük maşınının ilk uçuşu 2028-ci ildə baş tutmalıdır. Onun əsas vəzifəsi yükü Beynəlxalq Kosmik Stansiyaya çatdırmaq olacaq.

  • Əvvəlki

    Bu bankda əmanətləriniz dövlət tərəfindən - QORUNMUR

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0