USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kondisioner, paltaryuyan və soyuducu idxalı kəskin artıb

19.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,5% artaraq 49756 ədəd təşkil edib.

"Kommersant" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

"Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 12 milyon 637,2 min dollar məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 57%)", - deyə məlumatda bildirilir.

Yanvar-may aylarında Azərbaycana 23 milyon 624 min dollar (azalma 21,5%) dəyərində 137,5 min ədəd (azalma 2,3%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 55,6% artaraq 71401 ədəd təşkil edib. İdxalın ümumi dəyəri 12 milyon 767 min dollar (artım 64,5%) təşkil edib.

Yanvar-may dövründə 9889 ədəd məişət soyuducusu idxal edilib. Soyuducuların idxalı 2,4 dəıfə artıb. Məişət soyuducularının idxalına 2 milyon 882,6 min dollar xərclənib.

  • Əvvəlki

    "Obyektlər piyada səkilərini zəbt ediblər, tədbirlər görüləcək"

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0