USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BRİKS ölkələri üçün rəqəmsal ödəniş platforması yaradılacaq

28.02.2024 İqtisadiyyat
0 0
Rusiya Federasiyasının Maliyyə Nazirliyi və Mərkəzi Bankı BRİKS ölkələri üçün rəqəmsal ödəniş platformasının yaradılması üzərində işləyəcək.

BRİKS ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Braziliyada keçirilən ilk görüşündən sonra məlum olub ki, assosiasiyanın tərkibində çoxtərəfli rəqəmsal hesablaşma və ödəniş platforması BRICS Bridge yarana bilər. Bu barədə Rusiya Federasiyasının Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirlik Rusiya Bankı və BRİKS tərəfdaşları ilə birlikdə təşkilat ölkələrinin liderləri üçün beynəlxalq valyuta-maliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və tövsiyələrin siyahısını özündə əks etdirən hesabat hazırlayacaq. Bu platformanın yaradılmasının sənədin işlənib hazırlanmasının nəticələrindən biri olacağı gözlənilir.

Rusiya departamenti qeyd edib ki, görüşdə qarşılıqlı hesablaşmalarda milli valyutaların payının artırılmasına və müstəqil, bərabər əlçatan maliyyə infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilib.

Rusiyanın Baş naziri Mixail Mişustinin əvvəllər dediyi kimi, Rusiya Federasiyası və Çin (hər iki ölkə BRİKS-in üzvüdür) ikitərəfli ödənişlərdə dollardan istifadədən demək olar ki, tamamilə imtina edib, milli valyutaların ticarət dövriyyəsindəki payını 20-dən 90-a çatdırıb.

  • Əvvəlki

    Ötən il elektron ticarət əməliyyatlarının sayı 2.2 dəfə artıb

Digər xəbərlər

21.05.2024 İqtisadiyyat
ING: ABŞ dolları sabit qalacaq
0 0
21.05.2024 İqtisadiyyat
ABŞ Maliyyə Naziri Yellendən xəbərdarlıq
0 0
21.05.2024 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Manatın məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0