USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan qızılı niyə xaricə axır? - AÇIQLAMA

23.07.2018 İqtisadiyyat
0 0
Federal Ehtiyatlar Sistemi (FES) bu il daha 2 dəfə faiz artırsa, böyük ehtimalla ilin sonunda qızılın unsiyasının qiymətinin 1200 dollardan aşağı olacağını müşahidə edəcəyik.

"Kommersant" xəbər verir ki, Amerika fond bazarında "Dow Jones" indeksi 0,53% - 25 064,60 bəndədək, "S&P 500" 0,40% - 2 804,49 bəndədək, NASDAQ isə 0,37% - 7 825,30 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,20 dollar azalaraq 1 219,80 dollara satılıb.

"Qızılın qiymətində ucuzlaşma trendi davam edəcək".

Bunu "Kommersant"a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ötən il qiymətli metalın qiymətində ciddi yüksəliş olmuşdu.

"Qızılın qiymətinə təsir edən iki önəmli amil var: 1) dolların məzənnəsi (dollar ucuzlaşdıqca qızılın qiyməti bahalaşır); 2) siyasi gərginlik. Ötən il bəzi analitiklər qızılın unsiyasının qiymətinin 2000 dollara qədər bahalaşacağını söyləyirdilər. Ancaq bu baş vermədi. Keçən ilin sonundan başlayaraq bu ilin əvvəlinə qədər qızılın qiymətində müəyyən korreksiya trendi davam elədi. Federal Ehtiyatlar Sistemi (FES) son zamanlar daha aqressiv siyasət yürüdür. Onun il ərzində 2 dəfə (sentyabr və noyabr-dekabrda) faiz artırması dollar indeksini yüksəltdi. Bu isə qızılın ucuzlaşmasına səbəb olur.

Qızılın ucuzlaşmasına təsir edən İkinci səbəb isə son zamanlar ticarət müharibələrinin genişlənməsidir. ABŞ prezidenti Donald Trampın apardığı siyasət nəticəsində AB ilə ABŞ arasında ticarət müharibəsi genişlənir. Belə olan halda investorlar qiymətli kağızlara və dövlətlərin borc kağızlarına yatırım etməyə üstünlük verirlər".

Ekspert bilidirib ki, Federal Ehtiyatlar Sistemi (FES) bu il daha 2 dəfə faiz artırsa, böyük ehtimalla ilin sonunda qızılın unsiyasının qiymətinin 1200 dollardan aşağı olacağını müşahidə edəcəyik.

Bu yaxınlarda Balakən rayonunda qızıl yatağının tapıldığını nəzərə alsaq, Azərbaycan yerli istehsal hesabına qızıla olan tələbatı ödəyə bilərmi?

N.Cəfərli qeyd edib ki, ölkədə zərgərliklə məşğul olan zavodlar yoxdur. Bu isə külçə şəklində qızılın xaricə satılmasına səbəb olur:

"Azərbaycanda son zamanlar qızılın emalı və satışı artıb. Bu il qeyri-neft sektorunun ixracatında ilk üç yerdən birini qızıl tutur. Yataqların işlənməsinə xarici şirkətlər də cəlb edilib. Qiymətli metalın külçə şəklində satılması nəzərdə tutulub. Ötən ildən başlayaraq Dövlət Neft Fondu Azərbaycan istehsalı olan qızılın alınmasına başlayıb (təqribən 1 tondan çox). Bu, daxili tələbat üçün deyil, yığım üçündür. Qızılı külçə şəklində deyil, zinət əşyaları şəklində istehsal edib bazara çıxarmaq, hətta ixrac etmək iqtisadi baxımdan daha sərfəlidir.

Qərar verilsə və xarici sərmayəçilərin də prosesə cəlb olunması baş tutsa (Türkiyə təcrübədən yararlanır), yerli tələbatın böyük hissəsi təmin edilə bilər. Əgər yerli istehsalın qiyməti cəlbedici olsa, azərbaycanlılar Dubay və Türkiyədən deyil, məhz ölkədən qızıl alarlar".

Ekspert Azərbaycanda qızıl bazarının yerli ənənələrə uyğun şəkildə formalaşmasından da danışıb:

"Ramazan ayında qızıl almaq daha sərfəlidir. Alıcı qıtlığından satıcılar da müəyyən güzəştlər və endirimlər edirlər. Toy mövsümündə isə vəziyyət dəyişir.

Dünyada ən çox qızıl məmulatları istehlak edən ölkələrdən biri Hindistandır. Orada da toy mövsümləri ilə əlaqədar qızıla tələbatın artıb-azalması müşahidə edilir. Hindistanda alıcı davranış qaydaları formalaşıb. Orada qızıl ən yaxşı yatırım hesab olunur. Toy mövsümü olmasa belə, yatırım kimi sərbəst vəsaitin qızılda saxlanmasına üstünlük verirlər".

  • Əvvəlki

    “SOCAR Polymer” ilə büdcəyə 860 milyon dollar vergilər daxil olacaq

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0