USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Latviyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - ARTIB

12.04.2024 İqtisadiyyat
0 0
2023-cü il ərzində Latviya Azərbaycan iqtisadiyyatına 12 milyon 950 min ABŞ dolları investisiya yatırıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 2.6 dəfə və ya 8 milyon 38 min ABŞ dolları artıb.

Belə ki, 2022-ci il ərzində Latviyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 4 milyon 912 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 6 milyard 658 milyon ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən il Latviya ilə Azərbaycanın ticarət dövriyyəsi 64 milyon 945 min ABŞ dolları təşkil edib. Belə ki, 2023-cü ildə Azərbaycandan Latviyaya 45 milyon 181 min ABŞ dolları dəyərində məhsul ixrac edilib, Latviyadan ölkəyə isə 19 milyon 764 min ABŞ dolları dəyərində məhsul idxal edilib.

  • Əvvəlki

    Qızılın qiyməti rekord vurub

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0