USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Goldman Sachs-ın xalis mənfəəti artıb

15.04.2024 İqtisadiyyat
0 0
ABŞ-ın ən böyük banklarından olan Goldman Sachs-ın xalis mənfəəti bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 4,1 milyard dollara çatıb.

ABŞ-ın investisiya banklarından olan Goldman Sachs ilin birinci rübü üçün balans hesabatını açıqlayıb. Goldman Sachs-ın verdiyi açıqlamaya görə, ilin ilk rübündə bankın xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 4,1 milyard dollara çatıb. 2023-cü ilin eyni dövründə bankın xalis mənfəəti 3,2 milyard dollar olub.

Şirkətin 2023-cü ilin birinci rübündə 8,79 dollar olaraq qeydə alınan səhm başına mənfəəti bu ilin eyni dövründə 11,58 dollara yüksəlib.

Goldman Sachs-ın bu ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 14,2 milyard dollara çatıb. Bank 2023-cü ilin birinci rübündə 12,2 milyard dollar gəlir əldə edib.

Şirkətin qlobal bankçılıq və bazar gəlirləri birinci rübdə investisiya bankçılığı haqları, sabit gəlir, xarici valyuta, əmtəə və səhmlər üzrə güclü performans nəticəsində 9,7 milyard dollar təşkil edib.

  • Əvvəlki

    İsrail "ağrılı" qisas almaq qərarına gəlib

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0