USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaxın Şərqdə gərginlik artıb: Qaz qiymətləri Avropaya təsir edir

17.04.2024 İqtisadiyyat
0 0
Yaxın Şərqdə artan gərginliyə görə Avropada təbii qaz qiymətləri gün ərzində yüzdə 7,5 artıb.

Avropanın ən böyük dərinliyinə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də may ayı fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti dünən 31,14 avro ilə bağlanıb.

İsraillə İran arasında yaranan gərginliyə görə tədarükdə fasilə ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbilə qazın meqavat-saat qiyməti dünənki bağlanışla müqayisədə 7,5 faiz artaraq 33,5 avroya çatıb.

Rusiya-Ukrayna müharibəsindən və Rusiyadan Avropaya boru kəməri qaz axınının demək olar ki, tamamilə kəsilməsindən sonra qitə qlobal bazarlardakı hadisələrə qarşı daha həssas oldu. Qış mövsümü başa çatsa da, qlobal bazarlarda baş verən proseslər təkliflə bağlı narahatlıqları artırır ki, bu da qiymət artımında özünü göstərir.

  • Əvvəlki

    Bank of America-nın mənfəəti azalıb

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0