USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF prezidenti Georgieva: "Narahat olmağa əsas var"

18.04.2024 İqtisadiyyat
0 0
Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva bəyan edib ki, çoxsaylı şoklara və sıx maliyyə şərtlərinə baxmayaraq, artım müsbət zonada qalıb, lakin hələ də “narahat olunacaq çox şey var”.

Georgieva BVF-Dünya Bankı Bahar Görüşləri çərçivəsində keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

Son illərdə dünya iqtisadiyyatında çoxlu "turbulentlik" yaşandığını bildirən Georgieva, çoxsaylı şoklara və sıx maliyyə şərtlərinə baxmayaraq, artımın müsbət bölgədə qaldığını söylədi.

Georgieva hələ də narahat olacaq çox şey olduğuna diqqət çəkərək, “İnflyasiya azaldı, amma bitmədi” dedi.

İmmiqrant işçi qüvvəsi ABŞ-da rəqabət üstünlüyü təmin edir

Məhsuldarlığın ləngiməsinin səbəbləri ilə bağlı suala isə Georgiyeva qeyd edib ki, məhsuldarlığın və artımın ləngiməsinin bir çox səbəbləri var və məhsuldarlığın ləngiməsi artımın zəifləməsinin yeganə səbəbi deyil.

ABŞ-ın iqtisadi göstəricilərinin Avropadan daha yaxşı olması ilə bağlı Georgiyeva ABŞ-da innovasiyaların biznesin inkişafına çevrilməsinin və sonra böyüməsinin nə qədər asan olduğunu izah etdi.