USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı Rusiyanın aktivlərinə həbs qoyulması mexanizmini açıqlayıb

23.04.2024 İqtisadiyyat
0 0
Borrell: Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi üçün plan hazırlayıb.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın aktivlərinə həbs qoyulması mexanizmini açıqlayıb. Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Aİ Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə planı hazırlayıb:

“Aktivlərdən gəlir əldə edən mərkəzi depozitarlarla bağlı qaydalar tətbiq edilib. Onları ayrıca ayırmaq, müəyyən etmək və ayrıca uçota almaq lazımdır”.

Borrell əlavə edib ki, vəsaitlərin bir neçə mərhələdə istifadə edilməsi planlaşdırılır ki, onlardan birincisi bu ilin fevralında həyata keçirilib. Onun sözlərinə görə, ayrı-ayrı hesablarda olan gəlirlər ildə üç milyard dollara qədər gəlir gətirə bilər.

Borrell onu da qeyd edib ki, bu vəsaitlər Rusiyaya aid deyil, çünki onlar onun suveren aktivləri deyil.

  • Əvvəlki

    Avropa Parlamentindən Kosovo serbləri üçün viza liberallaşdırılması qərarı

Digər xəbərlər