USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada illik inflyasiya dəyişməz qalıb

29.04.2024 İqtisadiyyat
0 0
Almaniyada mart ayında 2,2 faiz olan illik inflyasiya aprel ayında dəyişməyərək 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyədə qalıb.

Almaniya Federal Statistika İdarəsi (Destatis) aprel ayı üzrə qiymət artımları ilə bağlı ilkin məlumatları açıqlayıb. Buna uyğun olaraq, mart ayında yüzdə 2,2 olan ölkədə illik inflyasiya, artan gözləntilərin əksinə olaraq aprel ayında dəyişməz qalıb.

Beləliklə, ölkədə inflyasiya 2021-ci ilin aprelindən bəri ən aşağı həddə qalıb. 2021-ci ilin may ayında ölkədə inflyasiya yenidən 2,2 faiz təşkil edib.

Bazarlarda gözlənti aprel ayında inflyasiyanın 2,3 faizə çatacağı idi.

Ölkədə inflyasiyanın səviyyəsi aylıq olaraq 0,5 artıb.

AB uyğun CPI aprel ayında bir əvvəlki aya görə yüzdə 0,6, illik bazda isə yüzdə 2,4 artdı. Mart ayında AB uyğun CPI illik yüzdə 2,3 olaraq qeyd edildi.

Almaniyada mart ayında yüzdə 3,3 olan ərzaq və enerji xaric hesablanan əsas inflyasiya aprel ayında yüzdə 3-ə gerilədi.

Ərzaq və enerji istisna olmaqla hesablanan əsas inflyasiya martda 3,3 faizdən apreldə 3 faizə enib.

Analitiklərin fikrincə, Almaniyada baza inflyasiyanın aprel ayında daha da aşağı düşməməsi, əsasən, enerji xərclərinin artması ilə bağlıdır. Geosiyasi gərginliyin artması ilə əlaqədar artan neft qiymətləri benzin, dizel və soba mazutu qiymətlərinə təsir edir. Bundan başqa, aprelin 1-dən qaz və istilik yanacağı satışı üzrə ƏDV 7 faizdən 19 faizə qaldırılıb.

Bu arada, ötən il ölkədə inflyasiyanın ən böyük müəyyənedicisi olan ərzaq məhsullarının qiymətləri aprel ayında bir il əvvələ nisbətən 0,5 faiz artıb, enerji məhsulları isə 1,2 faiz ucuzlaşıb.

  • Əvvəlki

    AirChina 100 Çin istehsalı sərnişin təyyarəsi alacaq

Digər xəbərlər