USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqladı

30.04.2024 İqtisadiyyat
0 0
Bir çox ölkələrdə xüsusi tənzimləmə rejimi tətbiq edilir. Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə və Azərbaycan Mərkəzi Bankının nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Kommersant.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar şöbəsinin rəisi Sahib Həsənov bankın “Xüsusi tənzimləmə rejimi”nin təqdimatında deyib.

O bildirib ki, əsas məqsəd innovativ məhsulların tətbiqi ilə maliyyə inklüzivliyinin artırılması, maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsi, innovativ məhsulların tətbiqi ilə bağlı risklərin nəzarət altında saxlanılması və tənzimləmə çərçivəsinin bazar iştirakçıları ilə birgə formalaşdırılması üçün platformanın yaradılmasından ibarətdir.

“Xüsusi tənzimləmə rejimi həmçinin yeni imkanlar təqdim edir. İnnovativ məhsulların bazara çıxma müddətinin azaldılması, investisiyaların cəlbi üçün imkanların yaradılması, innovativ məhsullar üçün tənzimləmə maneələrinin aradan qaldırılması, komplayens xərclərinin azaldılması, sınaq nəticəsində normativ hüquqi aktlarda ediləcək dəyişikliklərin müəyyən edilməsi, uğursuz layihələr nəticəsində istehlakçılara olan təsirin azaldılması bu imkanlara daxildir”, - deyə S.Həsənov bildirib.

  • Əvvəlki

    Şengen vizası ilə bağlı problem davam edir

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0