Bildirilib ki, Çində rəqəmsal iqtisadiyyatın əsas sektorlarında əlavə dəyərin 2023-cü ildə ümumi daxili məhsulda (ÜDM) payı 10 faizə yüksəlib.
Bu gün Çinin Fuçjou şəhərində açılan 7-ci Rəqəmsal Çin Sammitində açıqlanan Rəqəmsal Çin İnkişaf Hesabatında 2023-cü ildə Çinin rəqəmsal iqtisadiyyatında sabit artımın qeydə alındığı vurğulanıb.
Hesabata görə, 2023-cü ildə Çinin rəqəmsal iqtisadiyyatının əsas sektorlarında qeydə alınan əlavə dəyər ÜDM-in 10 faizini təşkil edərkən, məlumat istehsalı əvvəlki ilə nisbətən 22,44 faiz artaraq 32,85 ZB-ə çatıb. Bundan əlavə, Çində rəqəmsal infrastruktur obyektləri inkişaf etməyə davam etdikcə, Çinin ümumi hesablama gücünün 230 EFLOPS-ə çatdığı və dünyada ikinci yeri tutduğu qeyd edilmişdir.