USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Türkiyəyə iqtisadi şantaj - EKSPERT RƏYİ

27.07.2018 İqtisadiyyat
0 0
"Sankisiya söyləntilərinin Türkiyə maliyyə bazarlarına ciddi təzyiq yaratdığı müşahidə olunmur"

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Cəfər İbrahimli, Türkiyədə həbs edilən ABŞ rahibinin iki ölkə arasında iqtisadi gərginliyə səbəb ola biləcəyi ehtimalına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Türkiyə iqtisadiyatında maliyyə aktivlərinin son dönəmdə dəyər itirməsi, lirənin xarici valyutalar qarşısında ciddi dəyər itkisi, bazar faizlərinin, tədiyyə balansı defisitinin artması və inflyasiyanın 15%-ə yüksəlməsi iqtisadi çətinliklərin bariz göstəriciləridir:

"25 iyul tarixində çevriliş cəhdində adi hallanaraq həps olunan rahib Andreyu Brunsonun ev həpsinə buraxılması ABŞ ilə Türkiyə arasındakı gərginliyin azalacağı və hətta Türkiyəyə qarşı hər hansı sanksiya ehtimalının gündəmdən çıxacağı gözlənilirdi. Lakin din adamının huquqi prosedur nəticələrini gözləmədən dərhal azadlığa buraxılması tələbinin təmin dilməməsi, ABŞ rəhbərliyi tərəfindən və sosial media vasitəsilə iqtisadi sanksiyaları yenidən gündəmə gətirdi.

Türkiyə iqtisadiyatında maliyyə aktivlərinin son dönəmdə dəyər itirməsi, lirənin xarici valyutalar qarşısında ciddi dəyər itkisi, bazar faizlərinin, tədiyyə balansı defisitinin artması və inflyasiyanın 15%-ə yüksəlməsi iqtisadi çətinliklərin olduğuna bariz sübutdur. Belə bir vəziyyətdə Türkiyə kimi bir ölkənin saksiya ilə təhdid edilməsi, böyük maliyyə təşkilatlarına investisiyalarını ölkədən geri çəkmələri və iqtisadi vəziyyəti biraz da çətinliyə sürükləmək kimi niyyətlərin olduğunu tam təsdiqləyir.

An etibarilə sankisiya söyləntilərinin Türkiyə maliyyə bazarları üzərində ciddi təzyiq yaratdığı müşahidə olunmur. Həftənin son iş günü olduğunu və həftə sonu ölkələrarası yüksək danışıqlarda sərt tonun aşağı düşməsi sonucu növbəti həftədən iqtisadiyat üzərindəki təzyiqin azadılabiləcəyi gözlənilir."