USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü keçirib

29.07.2018 İqtisadiyyat
0 0
İyulun 27-dən 28-ə keçən gecə baş verən Ay tutulması və Mars-Yer qarşıdurması hadisəsi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü keçirib.

Rəsədxanadan Kommersant.az-a bildiriblər ki, bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.
Gecə saatlarından başlayaraq 1000-ə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib.
Müşahidə prossesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.
Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.
Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.
Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.

  • Əvvəlki

    ETSN: Altıağac Milli Parkında yanğın söndürülür

Digər xəbərlər