"Kommersant.az" xəbər verir ki, BP şirkəti açıqlamasında ikinci rübdə gəlirlərinin 2,8 milyard dollar qazancla gözləntilərin üstünə çıxıb.
İngiltərənin enerji şirkətinin (British Petroleum (BP)) ikinci rübdə artan qiymətlərin büdcəyə 2,8 milyard dollar qazandırdığı və bununla da ötən ilin eyni dönəmi ilə müqayisədə şirkət gəlirlərini dörd qat artırdığı bildirilir.
Qeyd edək ki, proqnozlar, şirkət gəlirlərinin 2,7 milyard dollar olacağına yönəlmişdi.