USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təbriz-Bakı hava reysi bərpa oluna bilər

01.05.2025 İqtisadiyyat
0 0
İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysləri bərpa olunur.

Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisi Bəhram Sərməst deyib.

"İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reyslərinin yenidən bərpa olunması diqqət mərkəzində saxlanılır", - o bildirib.

Onun sözlərinə görə, uçuşlar səfərlərin sadələşdirilməsi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində baş tuta bilər.

Sərməst deyib ki, bu vasitə ilə həm hər iki ölkənin vətəndaşları, həm də iş adamları asanlıqla Təbriz və Bakıya səfər edə biləcəklər.

İranlı vali qeyd edib ki, Təbriz-Bakı hava reysi dünyada COVID-19 pandemiyası nəticəsində dayandırılıb.

Qeyd edək ki, Təbriz-Bakı və əks istiqamətdə hava reysi həftədə iki dəfə təşkil olunurdu.

Əlavə edək ki, İranda 54 mülki aktiv aeroport fəaliyyət göstərir. Onun 14-ü beynəlxalq aeroportdur. İran aeroportları ilə ildə orta hesabla 30 milyon sərnişin daşınır.

  • Əvvəlki

    Azərbaycanda ərzaq qiymətlərinin artım səbəbləri: İdxaldan asılılıq, yoxsa daxili bazar problemləri?

Digər xəbərlər

01.05.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
30.04.2025 İqtisadiyyat
Nyu-York Birjası Düşmə ilə Açılır
0 0