USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci rübdə xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib

13.05.2025 İqtisadiyyat
0 0
Təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac ediblər.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb. Təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac ediblər. Tərəvəz və meyvələrin emal məhsulları üzrə 8,7 milyon dollar dəyərində xarici ölkələrə satış qeydə alınıb. 14 milyon manata yaxın alkoqollu və alkoqolsuz içkilər, statistik dəyəri 40 milyon manat olan pambıq lifi ixrac olunub", - o qeyd edib.

"Əminəm ki, “Caspian Agro” və “Interfud Azərbaycan” bu il də qida sənayesi mütəxəssisləri, ixrac imkanları üçün yeniliklərlə zəngin, faydalı bir platforma olacaq. Bu sahədə yeni texnologiyaların tətbiqi, əməkdaşlıqların qurulması, xarici mütəxəssislərlə təcrübə mübadiləsi imkanlarını daha yüksək mərhələyə qaldıracaq", - deyə M.Musayev əlavə edib.