USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR üzrə neft hasilatının həcmi 8% azalıb

13.05.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Kommersant.az bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 200 min ton və ya 8% azdır.

Belə ki, ötən ilin yanvar-aprel aylarında SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

O cümlədən, gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib.