USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BYD-nin Avropadakı qərargahını quracağı ölkə açıqlanıb

18.05.2025 İqtisadiyyat
0 0
Çinin aparıcı elektrik avtomobil istehsalçılarından biri olan BYD, Macarıstanda yeni Avropa qərargahını quracağını açıqladı.

Çinin ən böyük elektrikli avtomobil istehsalçılarından biri olan BYD, Macarıstanda yeni Avropa qərargahını quracağını açıqladı.

Bu yaxınlarda 2030-cu ilə qədər avtomobillərinin yarısını xaricə ixrac etməyi hədəflədiyini açıqlayan BYD, Avropadakı əməliyyatlarının mərkəzi olaraq Macarıstanı seçdi.

İki min nəfər işlə təmin olunacaq
BYD-nin baş direktoru Vanq Çuanfu cümə axşamı Budapeştdə Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında çıxış edərək, mərkəzin 2000 nəfəri işlə təmin edəcəyini bildirib.

BYD 2016-cı ilin aprelində Macarıstanın şimal-qərbindəki Komaromda Avropadakı ilk istehsal müəssisəsini açdı. Şirkət həmçinin Macarıstanda elektrik avtomobilləri istehsal etmək üçün ikinci fabrik də inşa edir.