USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan təbii qaz ixracından gəlirini 11% artırıb

21.05.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 3,065 milyard ABŞ dolları dəyərində 8,160 milyard kubmetr həcmində təbii qaz ixrac edilib.

Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin ilk dörd ayı ilə müqayisədə ixrac edilən təbii qazın dəyəri 306,8 milyon ABŞ dolları və ya 11,1%, həcmi isə 453,2 milyon kubmetr və ya 5,9% artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,90% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.

Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

  • Əvvəlki

    Vergi orqanlarına müraciətlərin sayı 25%-dən çox azalıb

Digər xəbərlər