USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın bu ərazisində su olmayacaq

30.05.2025 İqtisadiyyat
0 0
Bu gün Zabrat qəsəbəsində suyun verilməsində fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarınadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq:

"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək".