USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit təşkilatlarının manatla müddətli kredit qoyuluşu artıb

30.05.2025 İqtisadiyyat
0 0
Bu ilin mayın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 29,9 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 502,6 milyon manat təşkil edib.

Kommersant.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, cəmi kredit qoyuluşlarının 25,6 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 404,7 milyon manatının ödəmə vaxtı keçib.

Cəmi kredit qoyuluşlarının 4,3 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 97,9 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin mayın 1-nə milli valyutada qoyulmuş kreditlər 3,9 milyard manat və ya 15,1% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 344 milyon manat və ya 7,3% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,1 milyard manatını qısamüddətli, 21,4 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 722,8 milyon manatını qısamüddətli, 3,6 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.

  • Əvvəlki

    Paytaxtın bu ərazisində su olmayacaq

Digər xəbərlər

30.05.2025 İqtisadiyyat
Metal qiymətləri düşür
0 0
30.05.2025 İqtisadiyyat
Paytaxtın bu ərazisində su olmayacaq
0 0
30.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
30.05.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0