USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SunExpress öz uçuş şəbəkəsinə daha bir şəhər əlavə edir

02.06.2025 İqtisadiyyat
0 0
Türk Hava Yolları və Lufthansa-nın birgə müəssisəsi olan SunExpress 2025-ci il yay mövsümü üçün İrlandiyanın mədəniyyət baxımından zəngin sahil şəhəri Korkunu uçuş şəbəkəsinə əlavə edib.

Mayın 31-də ilk uçuşdan əvvəl Cork Hava Limanında təşkil edilən bayram şənliyində sərnişinlər türk mətbəxinin təamlarından dadmaq imkanı əldə ediblər. Corkdan İzmirə birbaşa müntəzəm uçuşlar yay mövsümündə həftədə iki dəfə həyata keçirilir.

SunExpress Qrupunun Satış üzrə Baş Meneceri Tobias Bracht, "İlk uçuşumuzu Kork Hava Limanından İzmirə yerinə yetirdiyimiz üçün çox şadıq. Uçuş şəbəkəmizi genişləndirmək strategiyamızı əks etdirən bu yeni marşrut həm də İrlandiya əməliyyatlarımıza verdiyimiz əhəmiyyəti nümayiş etdirir. Corkdan gələn qonaqlarımıza zəngin mədəniyyətimizi, tariximizi və unikal təcrübələrimizi kəşf etmək imkanı verən bu yeni marşrutla biz daha da güclənirik" deyib.