USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb

08.07.2025 İqtisadiyyat
0 0
İyulun 7-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25.80 – 28 manat civarında olub.

Kommersant.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

O cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26.50-27.30 manat civarında dəyişib. Ötən həftə isə Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26.5-27.5 manat arasında olub. Belə ki, maksimum qiymət isə 0.7% azalıb.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü olan “Dəvəçi-Taxıl” MMC qiyməti 25.80 manatdır. Ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat).

Xidmət eyni zamanda, un istehsalçılarının topdansatış məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yayıb.

  • Əvvəlki

    NYMEX əmtəə birjasında təbii qazın qiyməti azalıb

Digər xəbərlər

07.07.2025 İqtisadiyyat
Lirə 40-a yaxınlaşdı
0 0